09:58 26-10-2021
news_image
209
FUTBOL

“Legiya”nın idman direktoru: “Ən yaxşı göstərici Emrelidədir”

“Yayda 7 futbolçu ilə yeni müqavilə bağlamadıq, bunun sayəsində yeni transferlər üçün büdcə yarandı”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın idman direktoru Radoslav Kuçarski yeni baş məşqçi Marek Qolebyevskinin təqdimat mərasimində çıxış edərkən deyib.

Polşa klubunun rəsmisi sabiq çalışdırıcı Çeslav Mixneviçin əməyini itirməməli olduqlarını bildirib. O, keçmiş baş məşqçinin xüsusən də, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferindəki rolunu vurğulayıb: “Komandamızın heyətində vacib qolları Mahir Emreli vurdu. O, komandaya hücumda çox xeyir verir. Mixneviçin bu cür transferin reallaşmasında önəmli xidməti oldu. Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulanlar oldu. Bəziləri sənəd problemləri üzündən komandaya gec gəldi. Yəni ciddi itki ilə üzləşmədik, əvəzində daha yaxşılarını aldıq. Düzdür, bəzi oyunçularımız ötən mövsümdəki formalarından uzaqdır. Onlardan fərqli, bu gün ən yaxşı göstərici Ernest Muci ilə Emrelidədir”.

Qeyd edək ki, avrokuboklarda qolları ilə seçilən Mahir Emrelinin Polşa çempionatındakı uğursuz çıxışı ilə tənqid olunur.