12:40 26-10-2021
news_image
182
FUTBOL

Futbolçulara saxta peyvənd sertifikatları təklif olundu

İngiltərə Premyer Liqasının futbolçularına kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif olunub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın dörd klubu futbolçulara 1000 funt sterlinqə iki sertifikat almağı təklif edən fırıldaqçıların onlarla əlaqə saxladığını təsdiqləyib.

Hələ peyvənd olunmayan oyunçuların bu təklifi qəbul edib-etmədiyi məlum deyil. Bəzi klubların nümayəndələri bildiriblər ki, onların oyunçuları vəziyyətlə bağlı rəhbərliyi məlumatlandırıb.

Qeyd edək ki, Premyer Liqa ötən həftə oyunçularının 68 faizinin koronavirusa qarşı tam peyvənd olunduğunu və 81 faizinin ən azı bir doza vurdurduğunu açıqlayıb.