00:00 27-10-2021
news_image
206
FUTBOL

Salahdan astronomik tələb - həftəyə 500 min, günə 71 min

“Liverpul” aparıcı futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, Misir millisinin üzvü bunun üçün şərtini də rəhbərliyə bildirib.

29 yaşlı hücumçu illik 26 milyon funt sterlinq maaş istəyir. Bu isə həftəyə 500 min, günə isə 71 min funt sterlinq edir. Hazırkı illik qazancı 10,5 milyon olan ulduz futbolçu “Real”ın da maraq dairəsindədir. Premyer Liqa klubunun rəhbərliyi bu tələbə hələlik cavab verməyib.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.