13:23 26-10-2021
news_image
185
FUTBOL

Əfsanəvi futbolçu UNICEF-dən qovulur

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem UNICEF-dəki vəzifəsindən qovula bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb sabiq yarımmüdafiəçinin Qətərdə keçiriləcək DÇ-2022-nin siması olmasıdır.

Qətərə yollanaraq yerli hökumətlə 10 illik müqavilə imzalayan və bu müddətdə 180 milyon avroluq qazanc əldə edəcək Bekhem həmin ölkənin stadionlarının, turistik məkanlarının reklamlarında çəkiləcək. 

Lakin onun bu anlaşması birmənalı qarşılanmayıb. İnsan haqları pozuntularına görə tez-tez gündəmə gələn Bekhemin təklifi qəbul etməsi səbəbindən UNICEF-dən uzaqlaşdırılması tələb olunub.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.