13:48 26-10-2021
news_image
183
FUTBOL

“Çelsi” daha bir müdafiəçisi ilə anlaşa bilmədi

“Çelsi” daha bir müdafiəçisi ilə yeni müqavilə bağlamaqda çətinlik çəkir.

Apasport.az saytının məlumatına görə, London klubunun Andreas Kristensenlə danışığı uğursuz nəticələnib.

Danimarka millisinin üzvü “zadəganlar”da qalmaqda maraqlıdır. Lakin rəhbərliyin təklifi 25 yaşlı oyunçunun ürəyincə deyil. Cari mövsüm Premyer Liqada 6 oyun keçirən Kristensenin müqavilə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, klubla sözləşməsi gələn ilin yayına qədər olan digər müdafiəçi Antonio Rudigerlə danışıqlar da uğursuz olub.