14:11 26-10-2021
news_image
1540
FUTBOL

Mahir Emreli haqda: “Bəzən iddiasız olur, dostları onun başını qarışdırır”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı Polşa mətbuatında daha bir iddia ortaya atılıb.

Apasport.az saytının məlumatına görə, yerli KİV 24 yaşlı forvardın son vaxtlar uğursuz çıxış etməsini intizamsız davranışları ilə əlaqələndirib.

Hətta Emrelinin axşamlar rejimə əməl etmədiyi və bunun da oyununa mənfi təsir göstərdiyi yazılıb: “Mahir Emrelinin Varşavada həmyerliləri ilə yaxşı vaxt keçirdiyi deyilir. O, peşəkarlıq nümunəsi hesab olunurdu. İdmanına diqqət yetirir, məşq zamanı əlindən gələni edir. Bu belə ola bilər, amma axşamları necə keçirdiyin də vacibdir. Emreli Azərbaycan yeməkləri olan bir restorana getməyə başladı. “Legiya”nın futbolçusunun ətrafında getdikcə daha çox “dostlar” görünür. Görünür, insanlardan imtina etmək problemi var. Bəzən iddiasız olur, bu üzdən yeni dostları onun başını qarışdırır”.

Qeyd edək ki, ötən gün Polşa mətbuatı Mahir Emrelinin “Lex”lə matçdan əvvəl yatıb qaldığı üçün toplantıya 45 dəqiqə gecikdiyini və bu səbəbdən keçmiş baş məşqçi Çeslav Mixneviçlə arasında narazılıq yarandığını yazıb.