22:13 26-10-2021
news_image
108
FUTBOL

“Yuventus”da Dibala ilə bağlı yekun qərar

“Yuventus” hücumçusu Paulo Dibala ilə bütün problemləri yoluna qoyub.

Apasport.az saytının məlumatına görə, tərəflər yeni müqavilə məsələsində, nəhayət ki, razılığa gəliblər.

Uzun müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb. Argentina millisinin üzvü “qoca sinyora”nın indikindən daha yüksək maaş təklifini müsbət cavablandırıb. 28 yaşlı ön xətt oyunçusu tezliklə 2026-cı ilin yayına qədər nəzərdə tutulan sazişə qol çəkəcək.

Qeyd edək ki, Paulo Dibalanın hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.