15:13 26-10-2021
news_image
244
FUTBOL

“Qızıl top”a iddiaçıların illik göstəriciləri: favorit kimdir?

İngiltərənin “Goal” nəşri “Qızıl top”a əsas iddiaçıların siyahısını dərc edib.

Apasport.az saytının məlumatına görə, namizədlərdən 20 nəfər müxtəlif statistik göstəricilərə əsasən sıralanıb.

Fərdi göstəricilər və qazanılan titullar baxımından nəşr Lionel Messini “Qızıl top” uğrunda mübarizədə favorit hesab edir.

Sıralama aşağıdakı kimidir:
1. Lionel Messi (PSJ) - 2021-ci ildə 40 qol, 14 məhsuldar ötürmə. Amerika Kuboku və İspaniya kubokunu qazanıb.
2. Robert Levandovski (“Bavariya”) – 54 qol, 8 məhsuldar ötürmə. Bundesliqa, klublararası dünya çempionatı və Almaniya Superkubokunu qazanıb.
3. Jorjinyo (“Çelsi”) - 7 qol, 3 məhsuldar ötürmə. AVRO-2020, Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
4. Nqolo Kante (“Çelsi”) – 1 qol, 1 məhsuldar ötürmə. Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
5. Kərim Benzema (“Real”) - 35 qol, 14 məhsuldar ötürmə. Millətlər Liqasını qazanıb.
6. Kilian Mbappe (PSJ) - 37 qol, 16 məhsuldar ötürmə. Millətlər Liqasını, Fransa kubokunu və Fransa Liqa Kubokunu qazanıb.
7. Romelu Lukaku (“Çelsi”) - 30 qol, 8 məhsuldar ötürmə. A seriyasını qazanıb.
8. Erlinq Haland (“Borussiya”, Dortmund) - 43 qol, 13 məhsuldar ötürmə. Almaniya kubokunu qazanıb.
9. Kriştiano Ronaldo (“Mançester Yunayted”) - 39 qol, 4 məhsuldar ötürmə. İtaliya kubokunu və İtaliya Superkubokunu qazanıb.
10. Kevin De Bruyne (“Mançester Siti”) - 13 qol, 15 məhsuldar ötürmə. Premyer Liqa və İngiltərə Liqa Kubokunu qazanıb.
11. Canluici Donnarumma (PSJ) - 20 quru oyun. AVRO-2020-ni qazanıb.
12. Corcio Kyellini (“Yuventus”) – 2 məhsuldar ötürmə, 10 quru oyun. AVRO-2020, İtaliya kuboku və İtaliya Superkubokunu qazanıb.
13. Ruben Diaş (“Mançester Siti”) - 1 qol, 2 məhsuldar ötürmə, 26 quru oyun. Premyer Liqa və İngiltərə Liqa Kubokunu qazanıb.
14. Nikolo Barella (“İnter”) – 6 qol, 13 məhsuldar ötürmə. AVRO-2020 və A seriyasını qazanıb.
15. Meyson Maunt (“Çelsi”) – 12 qol, 8 məhsuldar ötürmə. Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
16. Harri Keyn (“Tottenhem”) – 33 qol, 6 məhsuldar ötürmə.
17. Neymar (PSJ) - 15 qol, 16 məhsuldar ötürmə. Fransa kubokunu və Fransa Liqa Kubokunu qazanıb.
18. Məhəmməd Salah (“Liverpul”) – 32 qol, 8 məhsuldar ötürmə.
19. Fil Foden (“Mançester Siti”) - 15 qol, 12 məhsuldar ötürmə. Premyer Liqa və İngiltərə Liqa Kubokunu qazanıb.
20. Lautaro Martines (“İnter”) – 23 qol, 6 məhsuldar ötürmə. Amerika Kubokunu və A seriyasını qazanıb.