15:39 26-10-2021
news_image
843
FUTBOL

Marselo yeni klubunu müəyyənləşdirdi

“Real”ın müdafiəçisi Marselo bu yay azad agent statusu alacaq.

Apasport.az saytının məlumatına görə, braziliyalı sol cinah futbolçusu sözləşməsini yeniləməməyi düşünür.

Həmçinin “kral klubu” da artıq onun xidmətində maraqlı deyil. Marselo yetirməsi olduğu “Fluminense”yə qayıtmağı planlaşdırır. 33 yaşlı oyunçu 2007-ci ildə “Real”a məhz Braziliya klubundan keçib. Ölkəsindən daha bir neçə klub onunla maraqlanır.

Qeyd edək ki, Marselo cari mövsüm “Real”ın heyətində 2 oyun keçirib.