22:49 26-10-2021
news_image
163
FUTBOL

Ruslan Qurbanov: “Sözü birbaşa üzə deməyim xətirlərinə dəyə bilər”

“Yenidən Azərbaycan yığmasının formasını geyinmək istəyirəm. Ancaq nə edəsən ki, futbola hərə fərqli baxır”.

Bunu apasport.az saytına millimizin sabiq futbolçusu Ruslan Qurbanov deyib.

Belarusda “Slaviya”nın formasını geyinən 30 yaşlı hücumameyilli oyunçu qolları sıralayacağı təqdirdə belə, yığmaya bir daha çağırılacağına inanmır. O, bunu açıqsözlü olması ilə əlaqələndirib: “Hətta 10 qol vursam da, milliyə çağırılmayacağımı bilirəm. Kimsə məni futbolçu saymır, kimsə sayır. Hamını sevindirmək olmaz. Açığı, kimdən niyə incidiyimi özüm də bilmirəm. Amma ürəyim sadəcə, onlara lazım olmadığımı deyir. Bəlkə də, sözü birbaşa üzə deməyim xətirlərinə dəyə bilər. Məsələn, de Byazi haqda düşüncələrimi deyirəm və onu Robert Prosineçki ilə müqayisə edirəm. De Byazi Azərbaycan yığmasında 1 xal toplayıb, Prosineçki 10 xal yığmışdı”.

Qeyd edək ki, Ruslan Qurbanov 2015-2018-ci illərdə Azərbaycan millisinin heyətində 23 oyun keçirib, 1 qola imza atıb.