17:24 26-10-2021
news_image

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. 

Apasport.az saytının məlumatına görə, mundialın ikinci gününün gündüz seansında Azərbaycan millisinin 1 üzvü mübarizəyə qoşulub.

Boksçumuz Malik Həsənov 1/32 final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) qələbəsi ilə yekunlaşıb. 

Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq. 

Qeyd edək ki, bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.