18:57 26-10-2021
news_image
131
FUTBOL

Millimiz Maltaya da məğlub oldu

Qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, komandamız yer aldığı E qrupunda 4-cü matçına çıxıb.

Qadınlarımız “ASK Arena”da turnir cədvəlindəki qonşusu Maltanı qəbul edib. İlk üç görüşdə Rusiya (0:2), Danimarkaya (0:8) və Monteneqroya (0:2) məğlub olan Siyasət Əsgərovun yetirmələri bu dəfə qol vursa da, yenə meydanı başıaşağı tərk edib. 

Qeyd edək ki, millimiz növbəti matçını noyabrın 25-də “Dalğa Arena”da Rusiyaya qarşı keçirəcək.

Qadınlar arasında DÇ-2023-ün seçmə mərhələsi
E qrupu, IV tur
26 oktyabr
Azərbaycan - Malta – 1:2

Qol: Vüsalə Seyfətdinova, 90
Bakı. “ASK Arena”

1

Rusiya                  

4

4

0

0

14-0

12

2

Danimarka            

3

3

0

0

23-0

9

3

Monteneqro

3

2

0

1

5-7

6

4

Malta    

4

1

1

2

4-13

4

5

Bosniya və H.        

4

0

1

3

4-17

1

6

Azərbaycan

4

0

0

4

1-14

0