18:51 26-10-2021
news_image
188
FUTBOL

Yığmamız yenə qol vurmadan uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız qrupdakı üçüncü oyununda özü kimi xal qazana bilməyən Polşa ilə qarşılaşıb.

A Liqasının 7-ci qrupundakı ilk iki görüşdə Norveç (0:7) və İtaliyaya (0:9) biabırçı hesabla məğlub olan Vüqar Əsgərlinin yetirmələri yenə qol vurmadan uduzub.

Beləliklə qrupu xalsız son pillədə başa vuan qadınlarımız B Liqasına yuvarlanıb.

Qeyd edək ki, qrupun digər oyununda İtaliya ilə Norveç 1:1 hesablı heç-heçə edib. 

U-19-lar arasında AVRO-2022-nin seçmə mərhələsi
A Liqası, 7-ci qrup
26 oktyabr
Azərbaycan – Polşa - 0:2

Qollar: Kinqa Bieskad, 50, Katya Skupyen, 90+1
Padova, “Masera Kampo” stadionu

1

İtaliya

3

2

1

0

14-1

7

2

Norveç

3

2

1

0

11-2

7

3

Polşa

3

1

0

2

3-7

3

4

Azərbaycan

3

0

0

3

0-18

0