22:59 26-10-2021
news_image
99
FUTBOL

Yığmamızın baş məşqçisinin şikayəti: “Vaxt çatmadı”

“Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır. Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi”. 

Apasport.az saytının məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib. 

O, dünya çempionatının seçmə mərhələsində Maltaya 1:2 hesablı məğlubiyyəti şərh edib: “Monteneqro ilə oyunda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq. Malta millisi ilə oyuna gəlincə, ilk hissədə yaxşı oynadıq. Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti zərbəsi təyin edildi. Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür. Vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdik. Komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. İkinci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq oldu. Təəssüf ki, ikinci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.
 
Malta milli komandasının baş məşqçisi Mark Anthony Gatt isə hər iki komandanın ifasında rəqabətli oyun izlədiyini vurğulayıb: “Qələbə qazanmaq istəyirdik. Bizim üçün çox çətin oyun oldu. Bununla belə, qalib gəlməyi bacardıq”.