09:37 27-10-2021
news_image
162
FUTBOL

Naqelsmannın üçüncü testi də pozitiv çıxdı

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmannın komandaya dönüşü gecikir.

Apasport.az saytının məlumatına görə, buna səbəb gənc mütəxəssisin hələ də koronavirusdan sağalmamasıdır.

34 yaşlı çalışdırıcı üçüncü dəfə test verib və yenə nəticə pozitiv çıxıb. Bu səbəbdən o, Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində Mönhenqladbaxda yerli “Borussiya” ilə matçda texniki zonadakı yerini ala bilməyəcək. Bununla münhenlilər üçüncü dəfə baş məşqçisiz meydana çıxacaq.

Qeyd edək ki, Naqelsmann Çempionlar Liqasının qrup mərhələsində “Benfika” ilə səfər görüşündən əvvəl koronavirusa yoluxub.