10:09 27-10-2021
news_image
788
FUTBOL

“Neftçi” bolqarıstanlı qapıçı ilə maraqlanır – YALNIZ BİZDƏ

Premyer Liqada çempionluq uğrunda mübarizə aparan “Neftçi” ən geci mövsümün sonunda qapı xəttini gücləndirəcək.

Apasport.az saytının əldə etdiyi məlumata görə, daha bir qapıçı Bakı klubunun transfer gündəminə düşüb.

“Qarabağ”dan Emil Balayevlə maraqlanan “ağ-qaralar” bu keçidin baş tutma ehtimalının o qədər də yüksək olmadığını bildiyindən, alternativ variant axtarışındadır. Balayevlə anlaşma mümkün olmasa, “Neftçi” rəhbərliyi əcnəbi qolkiper transfer edəcək.

Siyahıya düşən ilk dəri əlcək sahibi isə “Çerno More”li İvan Dyulqerovdur. Bolqarıstanın U-21 yığmasının sabiq üzvü yetirməsi olduğu “Çerno More”nin əsas qapıçısına çevrilib. Lakin Varna təmsilçisi ilə yeni müqavilə imzalamayan 22 yaşlı Dyulqerov karyerasını iddialı və müntəzəm avrokuboklarda çıxış edən klubda davam etdirmək niyyətindədir. Onun komandası 12 turdan sonra Bolqarıstan yüksək liqasında 18 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İvan Dyulqerovun “Çerno More” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.