10:50 27-10-2021
news_image
93
FUTBOL

“Bavariya”nı azad agent kimi tərk edəcək

“Bavariya”nın yarımmüdafiəçisi Koranten Tolisso komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu azad agent kimi Münhen təmsilçisini tərk edəcək.

Çünki Fransa millisinin üzvü ilə yeni müqavilə məsələsində danışıqlar yarımçıq qalıb. Tolissonun da meneceri vaxt itirmədən ona yeni komanda axtarmağa başlayıb. Hazırda namizədlər arasında Fransa və İtaliya klublarıdır.

Qeyd edək ki, 2017-ci ildən “Bavariya”da çıxış edən Tolissonun sözləşməsi mövsümün sonuna qədərdir.