13:12 27-10-2021
news_image
137
FUTBOL

DÇ-2022 üçün ofsayd aşkarlama sistemi hazırlandı

“Hawk-Eye” şirkəti oyun zamanı avtomatik ofsayd aşkarlama sistemi hazırlayıb.

Apasport.az saytı xəbər verir ki, bununla bağlı FİFA artıq məlumatlandırılıb.

Hətta gələn il Qətərdə keçiriləcək dünya çempionatında bu sistemdən istifadə oluna bilər. FİFA da öz növbəsində Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) texniki və futbol komissiyalarının iclasında avtomatik ofsayd texnologiyası ilə bağlı ən son yenilikləri təqdim edəcək.

Hazırlanan bu sistem köməkçi hakimə (VAR) ani mesaj göndərir və o, sonra oyundankənar vəziyyətdə olan futbolçunun oyuna müdaxilə edib-etmədiyinə qərar verir.

Qeyd edək ki, DÇ-2022 gələn ilin noyabr-dekabr aylarında keçiriləcək.