13:45 27-10-2021
news_image
132
FUTBOL

İkardiyə daha bir təklif

PSJ-nin hücumçusu Mauro İkardi klubdakı durumundan narazıdır.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü komandasını dəyişmək qərarına gəlib.

Oyun praktikasının azlığından əziyyət çəkən İkardi heyətdə Lionel Messi, Kilian Mbappe və Neymarla rəqabətdən qalib ayrılmağın mümkün olmadığını başa düşür. “Yuventus” və “İnter”in gündəmində olan forvard uğrunda indi də “Çelsi” mübarizəyə qoşulub. “Zadəganlar” tezliklə fransızlarla danışığa başlayacaq.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm PSJ-nin heyətində 11 oyunda 3 qol vurub.