13:54 27-10-2021
news_image
122
FUTBOL

PSJ-nin futbolçusunu fahişə qarət etdi

PSJ-nin futbolçusu xoşagəlməz hadisə ilə üzləşib.

Apaport.az saytının məlumatına görə, adı çəkilməyən oyunçu qarət olunub.

Hadisə dünən gecə Parisin ictimai park ərazisində yerləşən Bulon meşəsi yaxınlığında baş verib. Oyunçu işıqforda dayanıb və dərhal bir fahişə avtomobilin salonundan telefonu və pulqabını götürüb. Həmin qadın daha sonra onu getdiyi əraziyə aparmaq müqabilində telefonu qaytarmağa razı olub.

PSJ-nin üzvü dərhal hadisə ilə bağlı polisə məlumat verib. Onun 200 avroluq ziyana düşdüyü bildirilib.