14:15 27-10-2021
news_image
102
FUTBOL

Bundesliqa klubunda yeni baş məşqçi

“Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Florian Kofeldti bu posta təyin edib.

Klub 39 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb. 2017-2021-ci illərdə “Verder”ə rəhbərlik edən Kofeldt “Volfsburq”da Mark van Bommeli əvəz edib.

Qeyd edək ki, “Volfsburq” 9 turdan sonra 13 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.