22:05 27-10-2021
news_image
117
FUTBOL

“Borussiya”nın Bellingemlə bağlı qərarı

Dortmund “Borussiya”sı yarımmüdafiəçi Cud Bellingemlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa klubunun idman direktoru Sebastyan Kel ingiltərəli futbolçunu satmayacaqlarını açıqlayıb.

O, Premyer Liqa klublarının maraq dairəsində olan 18 yaşlı orta sahə oyunçusunun uzun müddət “Borussiya”da qalacağını söyləyib: “Cud “Borussiya”nın futbolçusudur və gələcəkdə də belə olacaq. Onun müqaviləsində müəyyən edilmiş kompensasiya məbləği yoxdur. Biz titullar qazanmaq istəyirik, bunun üçün də oyunçularımızı saxlamalıyıq”.

Qeyd edək ki, Cud Bellingemin “Borussiya” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.