14:53 27-10-2021
news_image
194
FUTBOL

“Sabah” 2 illik gətirib, 1 aya yola saldı

“Sabah” hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Qeyd edək ki, 31 yaşlı Petar Şkuletiç “Sabah”a ötən ay “Monpelye”dən keçib. Serbiyalı hücumçu Premyer Liqamızda cəmi 4 oyunda iştirak edib. Son 4 turda müvafiq olaraq “Neftçi”yə qarşı 59, “Keşlə” ilə matçda 76, “Qarabağ”la oyunda 13, “Sumqayıt”la qarşılaşmada isə 42 dəqiqə meydanda olan Şkuletiçin bakılılarla müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.