15:41 27-10-2021
news_image
172
FUTBOL

Baş məşqçiyə 2 illik cəza

“Astana”nın baş məşqçisi Andrey Tixonov ağır cəzaya məruz qalıb.

Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının Nəzarət və İntizam Komitəsi rusiyalı mütəxəssisi iki il müddətinə diskvalifikasiya edib.

Buna səbəb Qazaxıstan çempionatının geridə qalan turunda “Kayrat”la qarşılaşmada 51 yaşlı çalışdırıcının hakimə etiraz əlaməti kimi, komandasını meydandan çıxararaq, tribunaların altındakı otağa aparması olub.

Qeyd edək ki, Almatıda keçirilən görüşdə “Kayrat” 1:0 hesablı qələbə qazanıb.