16:45 27-10-2021
news_image
151
FUTBOL

Sulşerə 3 oyunluq vaxt verildi

“Mançester Yunayted”də baş məşqçi Ole-Qunnar Sulşerə son şans verilib.

Apasport.az saytının məlumatına görə, norveçli mütəxəssisin taleyi qarşıdakı 3 matçın nəticəsindən asılı olacaq.

Çünki rəhbərlik ona nəticələri düzəltmək üçün məhz 3 oyunluq vaxt verib. Söhbət “Tottenhem” (30 oktyabr), “Atalanta” (2 noyabr) və “Mançester Siti” ilə (6 noyabr) görüşlərdən gedir. Əgər “qırmızı şeytanlar” bu qarşılaşmalardan birində “Liverpul”la oyundakı kimi böyükhesablı məğlubiyyətlə üzləşsə, o zaman istefa bir qədər də tezləşəcək.

“Mankunianlar” digər tərəfdən italiyalı Antonio Konte ilə də danışıqları davam etdirir.