17:28 27-10-2021
news_image
434
FUTBOL

Ramil Şeydayev 2 aydır bazada “yatır”

Millinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev son vaxtlar yaxşı mənada seçilməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, yayda Ağdam klubuna qayıdan forvard artıq Konfrans Liqasında 2 dəfə fərqlənib.

“Omoniya” və “Kayrat”la matçlarda sonradan meydana çıxan Şeydayev adını tabloya yazdırmağı bacarıb.

Bu, təsadüfi deyil. Yığmanın üzvü gündəlik idman rejimində ciddi dəyişiklik edib. O, artıq 2 aydır ki, demək olar bazadan kənara çıxmır.

Hər gün məşqdən sonra burada qalan hücumçu saatlarla fərdi çalışır, müxtəlif çatışmazlıqları üzərində işləyir. Şeydayev əksər dostları ilə əlaqələrini “dondurub”, kafe-restoranlardan “ayağını yığışdırıb”.

Ramil bütün bunları Qurban Qurbanovun məsləhəti ilə edib. “Qarabağ”ın baş məşqçisi onunla söhbətləşib, xeyli dəyərli tövsiyələr verib.

Qurbanov Şeydayevə izah edib ki, ondakı potensial böyükdür, sadəcə, özünə diqqəti artırmalı, bütün fikrini futbola yönəltməlidir.

Təcrübəli mütəxəssis Ramili əmin edib ki, o, bütün bunlardan özü üçün nəticə çıxararsa, həmişə dəstək görəcək (sportinfo.az).