17:56 27-10-2021
news_image
224
FUTBOL

Super Liqada ən çox əcnəbi ilə təmsil olunan ölkələr - SİYAHI

Türkiyə Super Liqasında ən çox futbolçu ilə təmsil olunan 9 ölkənin adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ümumilikdə 593 oyunçudan 290-ı əcnəbilərdir.

Super Liqada ən çox əcnəbinin çıxış etdiyi ölkə Braziliyadır. Maraqlıdır ki, “sambaçılar” qardaş ölkədəki əcnəbi oyunçuların 10 faizini təşkil edir. Nigeriya və Fransa hərəyə 14 futbolçu ilə 2-3-cü yerləri bölüşdürür.

1. Braziliya – 29 futbolçu
2. Nigeriya – 14
Fransa – 14
4. Seneqal – 13
Bosniya və Herseqovina – 13
6. Niderland – 12
Portuqaliya – 12
8. Almaniya – 11
9. Mərakeş – 8