08:56 28-10-2021
news_image
178
FUTBOL

Kuman istefa verdi, ilk namizədlə danışığa başlanıldı

“Barselona”nın baş məşqçisi Ronald Kuman istefa verib.

Apasport.az saytının məlumatına görə, bu, İspaniya La Liqasının XI turunda “Rayo Valyekano” ilə oyundan sonra baş verib.

Səfərdə 0:1 hesablı məğlubiyyətin ardından niderlandlı mütəxəssis postundan ayrılıb. Bu vəzifəyə ən real namizəd isə “Əl-Sədd” klubunun çalışdırıcısı Xavi Ernandesdir. Kataloniyalılar sabiq kapitanı ilə danışıqlara başlayıb. Hər şey “Əl-Sədd” rəhbərliyinin qərarından asılıdır.

Qeyd edək ki, “Barselona” hazırda La Liqada 15 xalla 9-cu pillədə qərarlaşır.