15:25 28-10-2021
news_image

Yığmamızın heyətində dəyişiklik olacaq

Cüdo üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Böyük Dəbilqə” yarışı üçün heyətində dəyişiklik olacaq.

Bu barədə apasport.az saytına yığmanın baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.

Gənc çalışdırıcı turnir üçün 20 kişi cüdoçunun sifariş olunmasına baxmayaraq, say artımının olacağını söyləyib: “Hazırda yığmanın heyətində 20 kişi cüdoçu var. Say artımı olacaq. Daha 3 və ya 4 nəfərin turnirdə iştirakı planlaşdırılır. Bir neçə gündür cüdoçuların hazırlıq durumunu izləyirdik. İçlərində ən yaxşılarını seçib heyətə əlavə edəcəyik”.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri noyabrın 5-7-də keçiriləcək.