15:52 28-10-2021
news_image
126
FUTBOL

Messi və Mbappe “Lill”ə oyunu buraxa bilər - SƏBƏB

PSJ Fransa Liqa1-nin XII turunda “Lill” önünə ciddi itkilərlə çıxa bilər.

Apasport.az saytının məlumatına görə, komandanın hücumçuları Lionel Messi və Kilian Mbappenin son çempionla matçda iştirakı sual altına düşüb.

Buna səbəb Argentina və Fransa millisinin üzvünün komandanın son məşqini buraxmasıdır. Mbappenin xəstələndiyi üçün “Lill”ə görüşü buraxmaq ehtimalının yüksək olduğu bildirilir. Messinin isə məşqə çıxmamasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – “Lill” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.