00:00 29-10-2021
news_image
146
FUTBOL

Belçikalı futbolçu yenə “Yuventus”a təklif olundu

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Aksel Vitsel tezliklə İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu “Yuventus”da oynamaq eşqinə düşüb.

32 yaşlı orta sahə oyunçusu yay fasiləsində hətta azad agent kimi Turin klubuna təklif də olunub. Həmin vaxt keçidi baş tutmayan futbolçu mövsümün sonunda arzusuna çata bilər. Çünki onun “Borussiya” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir və tərəflər yeni sazişdə maraqlı deyil. “Qoca sinyora” isə heyətin zənginləşdirilməsi baxımından bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Aksel Vitsel 2018-ci ildə “Borussiya”nın formasını geyinir.