00:23 29-10-2021
news_image
173
FUTBOL

Fatinin durumuna aydınlıq gəldi

“Barselona”nın hücumçusu Ansu Fatinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı forvardın zədəsinin o qədər də ağır olmadığı açıqlanıb.

İspaniya La Liqasının X turunda “Real”la (1:2) ev oyununda sağ dizindən xəsarət alan İspaniya millisinin üzvü əməliyyat olunmayacaq. Həkimlər onun 7-10 gün ərzində tam sağalacağını və komandaya qoşulacağını açıqlayıb.

Qeyd edək ki, Ansu Fati ötən ilin sonlarında zədələndiyi üçün uzun müddət kollektivdən ayrı qalmışdı.