17:54 28-10-2021
news_image
8218
FUTBOL

Mahir Emreli “fərqləndi”, komandası mərhələ adladı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi Polşa Kubokunda 1/16 final matçına çıxıb.

Elita klubu yeni baş məşqçi Marek Qolebiyevskinin rəhbərliyi altında ilk görüşündə III liqa təmsilçisi “Svit Skolvin”in qonağı olub. Qarşılaşma “Legiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanı 1/8 finala daşıyan qola 35-ci dəqiqədə Lindsi Rouz imza atıb.

Start heyətində meydana çıxan Emreli isə 90+1-ci dəqiqədə əvəzlənib. Yığmamızın üzvü 50-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.