16:50 29-10-2021
news_image
233
FUTBOL

"Araz Naxçıvan"dan 5 qollu qələbə - YENİLƏNİB

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Ukraynanın İvano-Frankovsk şəhərində ikinci matçına çıxıb.

İlk görüşündə yerli “Uraqan”a 1:2 hesabı ilə məğlub olan Joze Alesio da Silvanın yetirmələri bu dəfə Rumıniya təmsilçisi “Yunayted Qalati” ilə üz-üzə gəlib. Hər iki komanda birinci turda xalsız qaldığından, qarşılaşmanın önəmi böyük idi. Oyuna qollarla başlayan təmsilçimiz rəqibin müqaviməti ilə üzləşsə də, sonda qələbə qazanmağı bacarıb.

Bununla aktivinə ilk xalları yazdıran "Araz-Naxçıvan" qrup birinciliyinə şansını davam etdirib.

Qeyd edək ki, komandamız qrupda son oyununu oktyabrın 31-də Kosovo təmsilçisi “Liqeni”yə qarşı keçirəcək.

Çempionlar Liqası, Əsas mərhələ
VI qrup, II tur
29 oktyabr
15:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” - 5:3
Qollar: 
David Qustavo, 3:30, 35:38, Maneka 5:20, Murilo Borges,19:43, Felipinyo, 36:50 - Daniel Araujo, 6:58, 16:48, 36:37
Hakimlər: Deyan Veseliç (Sloveniya), Ozan Soykan (Türkiyə), Yosip Barton (Makedoniya)
İvano–Frankovsk

1

Liqeni

1

1

0

0

6-4

3

2

Uraqan

1

1

0

0

2-1

3

3

Araz-Naxçıvan

2

1

0

1

6-5

3

4

Yunayted Qalati

2

0

0

2

7-11

0