10:33 29-10-2021
news_image
122
FUTBOL

Qanalı futbolçu oyun zamanı infarkt keçirdi

Avstriya kuboku matçında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Linz”in futbolçusu Rafael Dvamen 1/8 final mərhələsində “Hartberq”lə oyun zamanı huşunu itirib.

Hücumçunun infarkt keçirdiyi bildirilib. Ağırlaşma zamanı oyunçunun ötən il yenidən quraşdırılan implantasiya edilmiş defibrilator işə salınıb.

Qanalı futbolçu daha əvvəl ürəyindəki problemlərə görə karyerasını bitirmişdi. O, 2019-cu ilin oktyabrından bir il müddətinə sıradan çıxmışdı.

Qeyd edək ki, 2017-ci ildə ürək aritmiyasının olduğunu aşkarlanan Rafael Dvamenin həmin vaxt “Brayton”a keçidi məhz bu üzdən baş tutmayıb.