11:12 29-10-2021
news_image
278
FUTBOL

Azərbaycan Premyer Liqasında “Zəfər turu” keçiriləcək

Azərbaycan Premyer Liqasının X turu “Zəfər turu” elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar verib.

8 noyabr - 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edildiyindən, PFL ildönüm münasibətilə belə bir addıma əl atıb.

Qeyd edək ki, X turun matçları 6-7 noyabrda keçiriləcək.