12:03 29-10-2021
news_image
79
FUTBOL

Tarixin 5-cisi

İspaniya La Liqasının XI turunda “Xetafe” ilə oyun “Qranada”nın hücumçusu Xorxe Molina üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, veteran futbolçu 90+7-ci dəqiqədə fərqlənərək komandasına 1 xal qazandırıb (1:1).

İspaniyalı oyunçu 39 yaş 189 günlüyündə toru silkələməklə tarixə düşüb. O, La Liqa tarixində qol vuran ən yaşlı 5-ci oyunçu olub. Molina bu baxımdan yalnız Donato, Sezar, Alfredo Di Stefano və Xoakin Sançesdən geri qalır.

Qeyd edək ki, Xorxe Molina “Qranada”ya ötən ilin yayında keçib.