12:24 29-10-2021
news_image
117
FUTBOL

“Atletiko”da “5-liy”ə yüksəldi

İspaniya La Liqasının XI turunda “Levante” ilə qarşılaşan “Atletiko” növbəti dəfə xal itirib.

Apasport.az saytının məlumatına görə, 2:2 hesabı ilə başa çatan görüşdə madridlilərin heyətində qollardan birinə Antuan Qrizmann imza atıb.

“Atletiko”nun heyətində bütün turnirlərdə vurduğu top sayını 134-ə çatdıran 30 yaşlı forvard klub tarixinin 5-ci məhsuldar oyunçusuna çevrilib. Qrizmann indi Luis Araqones (1372 qol), Adrian Eskudero (169), Pako Kampos (154) və Xose Qaratedən (136) geri qalır.

Qeyd edək ki, 2014-2019-cu illərdə “Atletiko”nun şərəfini qoruyan Qrizmannı bu ilin yayında madridlilər “Barselona”dan icarəyə götürüb.