22:07 29-10-2021
news_image
130
FUTBOL

“Tottenhem” onu transferə çıxaracaq

Qış fasiləsində “Tottenhem”dən ayrılacaq ilk futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Dele Alli məşqçilər korpusunun gələcək planına daxil deyil.

Bu üzdən Premyer Liqa təmsilçisi 25 yaşlı orta sahə oyunçusunu qış fasiləsində transferə çıxarmaq qərarına gəlib. Sərfəli təklif gələrsə, İngiltərə millisinin üzvü yanvarda satılacaq.

Qeyd edək ki, bu mövsüm “Tottenhem”in heyətində 11 oyun keçirən Dele Alli 2 qol, 1 assistlə yadda qalıb.