14:05 29-10-2021
news_image
148
FUTBOL

AFFA-dan "Sumqayıt"ın futbolçusunu 5 oyunluq diskvalifikasiya, baş məşqçisinə cərimə

“Sumqayıt”ın futbolçusu Murad Xaçayevin cəzası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi milli komandamızın yarımmüdafiəçisi ilə bağlı qərarını açıqlayıb.

Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”la (0:3) qarşılaşmanın 12-ci dəqiqəsində hakimə qarşı təcavüzkar davranış səbəbilə qırmızı vərəqə alan 23 yaşlı orta sahə oyunçusu 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Klub isə 4000 manat məbləğində cərimələnib.

Həmçinin qarşılaşmadan sonrakı mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün “kimyaçılar”a əlavə 1600 manat cərimə tətbiq olunub.