14:11 29-10-2021
news_image
189
FUTBOL

“Qəbələ”nin futbolçusunun cəza müddəti açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının VIII turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

“Keşlə” – “Qəbələ” oyununda ikincilərin futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb.

“Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə alan “Səbail” isə 800 manat cərimələnib.