22:48 29-10-2021
news_image
147
FUTBOL

“Napoli”ni 3 klubdan birinə dəyişəcək

“Napoli”nin müdafiəçisi Kalidu Kulibali mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu keçmək istədiyi klubları da müəyyənləşdirib.

Seneqal millisinin mərkəz müdafiəçisi yalnız 3 top-klub arasında seçim etmək niyyətindədir. O, “Mançester Siti”, “Barselona” və “Real”dan biri üçün neapolluları tərk etməyi planlaşdırır. 30 yaşlı oyunçu “Yuventus”a keçəcəyi ilə bağlı məlumatı isə təkzib edib.

Qeyd edək ki, Kalidu Kulibalinin “Napoli” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.