16:23 29-10-2021
news_image
114
FUTBOL

“Bavariya”da itki

“Bavariya” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Leon Qoretska zədələnib.

Bunu komandanın baş məşqçisi Yulian Naqelsmann açıqlayıb. Gənc mütəxəssis ulduz futbolçunun Almaniya Bundesliqasının X turunda “Union”la matçda iştirakının sual altında olduğunu bildirib. O, Almaniya millisinin üzvünün topuğunun əzildiyini söyləyib. Qoretska bu mövsüm 12 oyunda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Union” – “Bavariya” oyunu oktyabrın 30-da keçiriləcək.