23:34 29-10-2021
news_image
168
FUTBOL

Qvardiola daha bir həmyerlisinə elçi düşdü

“Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo ilə maraqlanan klubların sayı gündən-günə artır.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi 23 yaşlı futbolçu üçün daha bir təklif alıb.

Bu dəfə “Mançester Siti” İspaniya millisinin üzvünə “elçi düşüb”. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola “Barselona”nın yetirməsi olan Olmonu çox bəyənir və onu sərəncamında görmək niyyətindədir. “Leypsiq” də oyunçusunu mövsümün sonunda satacaq. Ancaq futbolçu özü “Barselona”ya qayıtmaq arzusundadır.

Qeyd edək ki, Dani Olmo cari mövsüm 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.