10:25 30-10-2021
news_image
1099
FUTBOL

“Mahirə dedim ki, növbəti 10 şansda 10 qol vuracaq” – “Legiya”nın baş məşqçisi

“Mahir Emreli qol vurduğu və vurmadığı matçları ardıcıl keçirir. Lakin o, çox yaxşı və təhlükəli hücumçudur”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın yeni baş məşqçisi Marek Qolobyevski deyib.

Klubun rəsmi saytına danışan çalışdırıcı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin son vaxtlar uğursuz çıxış etməsinə münasibət bildirib. O, bu barədə 24 yaşlı forvarda söhbətlər apardığını söyləyib: “İnanıram ki, bazar günü ona çoxsaylı şanslar yaradılacaq və ustalığını göstərəcək. Mahirlə iki dəfə dirəyə zərbə vurduğu epizodla bağlı danışdım. Mən özüm də həmin mövqedə oynamışam. Bunu unutması üçün onu sakitləşdirdim. Hücumçu boşa çıxan fürsətləri düşünərək yaşaya bilməz. Beyni təmiz olmalı və növbəti imkandan istifadə edəcəyi barədə müsbət düşünməlidir”.

Qolobyevski həmyerlimizə güvəndiyini, onun yenidən qolları sıralayacağına əmin olduğunu vurğulayıb: “Qara zolaq”dan danışmaq istəməzdim. Məncə, bir qol vursa, davamı gələcək. O, çox yaxşı oyunçudur, əminəm ki, onun öhdəsindən gələcək. Emreli çox arzulayan, iddialı gəncdir. Bəzən həddən artıq istəyəndə işlər pisləşir. Ona dedim ki, növbəti 10 şansda 10 qol vuracaq. Bəzən futbolda topun niyə qapıya getmədiyini bilmirik”.

Qeyd edək ki, bu mövsüm 23 oyunda 10 qol vuran Mahir Emreli son 5 görüşdə fərqlənə bilməyib.