10:57 30-10-2021
news_image
94
FUTBOL

Ançelottidən Azara icazə - gedə bilər

“Real”ın hücumçusu Eden Azar klubu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, belçikalı ulduz futbolçu madridlilərdə heç cür öz oyununu sərgiləyə bilmir.

Bu səbəbdən o, sabiq komandası “Çelsi”yə qayıtmağı arzulayır. Londonluların da 30 yaşlı oyunçu ilə maraqlanması transferin baş tutma ehtimalını artırır. Artıq “Real”ın baş məşqçisi Karlo Ançelotti də Belçika millisinin üzvünün ayrılmasına icazə verib.

Qeyd edək ki, 2019-cu ildən “Real”da çıxış edən Eden Azar 52 oyunda 5 qol vurub.