11:22 30-10-2021
news_image
197
FUTBOL

“Qarabağ” & “Neftçi”: Rəqəmlər nə deyir?

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində bu gün əzəli rəqiblər “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, bütün ölkə çempionatlarının iştirakçıları olan komandalar 85-ci dəfə qarşılaşacaq.

1992-ci ildən bəri baş tutan 84 görüşdə “Qarabağ”ın üstünlüyü diqqət çəkir. Ağdamlılar 31 matçda qələbəyə seviniblərsə, “ağ-qaralar” 23 dəfə aktivinə 3 xal yazdırıb. 30 qarşılaşmada isə “sülh” qeydə alınıb.

Rəqib qapısına vurulan qol sayında da “Qarabağ” öndədir. “Neftçi”ni indiyə qədər 94 dəfə mərkəzə dəvət edən Ağdam təmsilçisi daha 6 dəfə fərqlənsə, 100 qol həddinə çatacaq. Bakılılar isə 77 qolla rəqibini məyus edib.

Digər diqqətçəkən məqam son 7 görüşdən 6-da qonaqların məğlub olmamasıdır. Ev sahibinin yeganə sevinci ötən mövsümün son tur matçına təsadüf edib ki, həmin qalibiyyət “Neftçi”ni çempionluğa daşıyıb. “Qarabağ”dan fərqli “Neftçi” son 3 Azərbaycan derbisində qol vurmağı bacarıb.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:30-da başlayacaq.