00:00 31-10-2021
news_image
181
FUTBOL

Alleqri: “Ronaldo “Yuventus”dan daha tez getməli idi”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri portuqaliyalı hücumçu Kriştiano Ronaldonun komandadan ayrılmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bunu gec atılmış addım hesab edib.

Alleqrinin fikrincə, Ronaldo daha tez getsəydi, onun boşluğunu doldurmağa vaxtları olardı: “Ronaldo avqustun 28-də komandadan ayrıldı. “Transfer bazarı”nın bağlanmasına üç gün qalmış onu əvəz etməyə vaxtımızın olmaması normaldır. Amma daha tez, bir ay əvvəl ayrılsaydı, güclənmək imkanımız olardı”.

Qeyd edək ki, yay fasiləsində “Mançester Yunayted”ə keçən Kriştiano Ronaldo “Yuventus”da keçirdiyi 134 oyunda 101 qol vurub.