12:05 30-10-2021
news_image
129
FUTBOL

“Atletiko” əfsanəsinin heykəli ucaldıldı

“Atletiko”nun keçmiş futbolçusu və baş məşqçisi Luis Araqonesin şərəfinə ucaldılan heykəlin açılışı olub.

Apasport.az saytının məlumatına görə, heykəl komandanın stadionu olan “Vanda Metropolitano”da ucaldılıb.

Abidənin hazırlanması və quraşdırılması üçün vəsait Madrid klubunun azarkeşləri tərəfindən toplanıb. Açılış mərasimində “Atletiko”nun hazırkı və keçmiş heyət üzvləri, baş məşqçi Dieqo Simeone, klub prezidenti Enrike Serezo və əfsanəvi mütəxəssisin ailə üzvləri iştirak edib.

Qeyd edək ki, Luis Araqones 1964-1974-cü illərdə “Atletiko”nun heyətində 265 oyunda 172 qol vurub. O, AVRO-2008-i qazanan İspaniya millisinin baş məşqçisi olub. Araqones 2014-cü ildə 75 yaşında vəfat edib.