12:33 30-10-2021
news_image
167
FUTBOL

“Qarabağ” - “Neftçi”: 4:1

Azərbaycan Premyer Liqasının IX turunda qarşılaşacaq əzəli rəqiblər “Qarabağ”la “Neftçi” arasında duellərdə nadir hallarda böyük hesab qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 2001-ci ildə “Qarabağ”a verilən texniki məğlubiyyəti saymasaq, 84 oyunun cəmi 5-də komandalardan biri ən azı 3 top fərqli qələbəyə sevinib.

“Neftçi”nin yeganə belə uğuru 2000-ci ilə təsadüf edib. 21 il əvvəlki matçda “ağ-qaralar” rəqib qapısından 4 cavabsız top keçirib. Növbəti böyük fərq bundan 11 il sonra – 2011-ci ildə qeydə alınıb. Həmin vaxtdan etibarən isə 4 böyükhesablı qələbənin hamısı “Qarabağ”ın aktivinə yazılıb.

Əzəli rəqiblər arasındakı duellərdə böyükhesablı qələbə baxımından rekord ötən il olub. Bir il əvvəl ağdamlılar bakılıları 6:0 hesablı darmadağına məruz qoyub.

Azərbaycan derbilərində indiyə qədər 34 dəfə komandalardan biri 1 top, 14 dəfə isə 2 top fərqi ilə qələbə qazanıb.

Böyükhesablı qələbələr:
04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4
13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0
28.02.2014. “Neftçi” – “Qarabağ” – 1:4
21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0
08.11.2020. “Neftçi” – “Qarabağ” – 0:6